Ana Natsvlişvili - siyasi proseslərə yeni məzmun, forma daxil etmək zəruridir, aclıq aksiyaları bunu edə bilməz, siyasi hərəkətin bu formasını bəyənmirəm, hərçənd heç kimi mühakimə etmək hüququm yoxdur
“Lelo” partiyasının üzvü Ana Natsvlişvili bildirir ki, “Milli Hərəkat”ın üç üzvünün aclıq aksiyasına başlaması, siyasi hərəkətin bu forması onun xoşuna gəlmir, ancaq aclıq edənlərin arqumentləri onun üçün bir qədər başa düşüləndir.
Ana Natsvlişvili siyasi proseslərə yeni məzmun və formanın daxil edilməsinin zəruri olduğunu , bunu isə aclıq aksiyasının edə bilməyəcəyini hesab edir.
“Heç kimi mühakimə etmək istəmirəm və buna haqqım da yoxdur. Siyasi hərəkətin bu formasını bəyənmirəm. Cəmiyyətə lazım olan effekti verdiyini düşünmürəm, ancaq mən bu insanların arqumentlərini müəyyən dərəcədə başa düşürəm və onları mühakimə etmirəm. Ümumiyyətlə, siyasi proseslərə yeni məzmun, yeni forma daxil etmək lazımdır. Aclıq həqiqətən bunu edə bilmir. Təəssüf ki, biz bu ölkənin tarixində belə şeyləri görmüşük. İnanıram ki, yeni forma və yeni məzmun dəyişiklik gətirə bilər. Bunun nə olması ilə bağlı əlbəttə ki, görüləcək çox iş var” – deyə Ana Natsvlişvili açıqlayıb.
“Milli Hərəkat”ın deputatları Davit Kirkitadze, Ana Tsitlidze və Abdula İsmayılov dünən aclıq aksiyası elan ediblər.