Ana Natsvlişvili - prezidentdən mümkün qədər tez, gələn həftənin əvvəlində növbədənkənar sessiya çağırmasını və xalqın iradəsinin hüquqi baxımdan rəsmiləşdirilməsini xahiş edirik
Müxalifətçi deputat Ana Natsvlişvili bildirir ki, gələn həftənin əvvəlində növbədənkənar sessiya çağırmaq və xalqın iradəsinin hüquqi baxımdan rəsmiləşdirilməsi üçün Gürcüstan Prezidentinə müraciət edəcəklər.
“Gürcüstan Prezidentinə bu günlərdə növbədənkənar sessiya çağırmaq, hüquqi baxımdan, konstitusion olaraq xalqın iradəsinin rəsmiləşdirilməsi üçün müraciət edirik. Rus qanununa yox. Biz prezidentin bu məsələdə, cari zorakı hərəkətlərlə bağlı mövqeyini bilirik, bu mövqeyi yüksək qiymətləndiririk, mümkün qədər tez, gələn həftənin əvvəlində növbədənkənar sessiyanın çağırılmasını xahiş edirik, hər şey yetişəcək, komitə də, büro da, iclas da və sənəd tərtib olunacaq, bununla sizin müraciətiniz rəsmiləşdirəcək”-deyə parlamentin qarşısındakı aksiyada Ana Natsvilişvili açıqlayıb.