Ana Natsvlişvili - “Gürcü Arzusu” partiyanı parçalamaq və seçiciləri itirməmək üçün hiyləyə baş vurur, taktiki hiylə asan şəkildə deşifrə edilir
Ana Natsvlişvili - “Gürcü Arzusu” partiyanı parçalamaq və seçiciləri itirməmək üçün hiyləyə baş vurur, taktiki hiylə asan şəkildə deşifrə edilir

 

“Gürcü Arzusu” qərbyönümlü seçiciləri, eləcə də təbliğat mesajlarına inanan seçiciləri bir partiya çərçivəsində qoruyub saxlaya bilmədiyi üçün partiyanı parçalamaq və ümumilikdə seçiciləri itirməmək hiyləsinə əl atıb – bu barədə “Lelo”nun üzvü, deputat Ana Natsvlişvili bildirib.

O, “Gürcü Arzusu”nun seçici itirməsinin qaçılmaz olduğunu bildirib.

“Hazırda cəmiyyətin izlədiyi proses “Gürcü Arzusu”nun seçki böhranıdır. Bu vaxtadək “Gürcü Arzusu”nu müxtəlif növ seçicilər, o cümlədən Gürcüstanın dinc, demokratik inkişafının Qərbin qoynunda olduğuna inananlar dəstəkləyirdi. Bu seçici “Gürcü Arzusu”nu tərk edir. Bunu ictimai olmayan, lakin bir çox siyasətçi və analitiklər üçün əlçatan olan bir sıra tədqiqatlar təsdiqləyir. “Gürcü Arzusu” qərbyönümlü seçiciləri, eləcə də təbliğat mesajlarına inanan seçiciləri bir partiya çərçivəsində qoruyub saxlaya bilmədiyi üçün partiyanı parçalamaq və ümumilikdə seçiciləri itirməmək hiyləsinə əl atıb. “Gürcü Arzusu” üçün seçici itkisi qaçılmazdır, proses başlayıb və dönməzdir. İllərdir bu partiyaya etimad göstərən seçicilər onların ölkəni əslində qərbə aparmadıqlarını indi anlayırlar. Zorakılıq və nifrətə əsaslanan, anti-Qərb ritorikasını sevən ikinci qrup seçicilər var . Onlar anlaşa bilmirlər. Ona görə də siyasətçiləri parçalamaq lazımdır, indi bu, manevrdir. Bu, eynilə “Gürcü Arzusu”dur, lakin burada taktiki hiylə var ki, onu da deşifrə etmək və görmək asandır. Müxtəlif seçici qruplarını itirməmək üçün onlar bu üsula əl atıblar”- deyə Ana Natsvlişvili bildirib.