Ana Natsvlişvili bu mərhələdə xalq müdafiəçiliyinə namizədlə bağlı müxalifətlə hakim komanda arasında konsensus əldə olunmadığını və əlavə görüş keçiriləcəyini bildirib
Ana Natsvlişvili bu mərhələdə xalq müdafiəçiliyinə namizədlə bağlı müxalifətlə hakim komanda arasında konsensus əldə olunmadığını və əlavə görüş keçiriləcəyini bildirib

 

“Lelo” partiyasının üzvü Ana Natsvlişvili bu mərhələdə xalq müdafiəçiliyinə namizədlə bağlı müxalifətlə hakim komanda arasında konsensus əldə olunmadığını bildirib.

Ana Natsvlişvilinin “Gürcü Arzusu”nun nümayəndələri ilə müxalifət nümayəndələri arasında məsləhətləşmələrdən sonra jurnalistlərə verdiyi məlumatda qeyd olunduğu üzrə, bu gün onlar qeyd olunan məsələ ilə bağlı əlavə görüşün keçirilməsinə dair razılığa gəliblər.

“Ümumi əhval-ruhiyyə razılığın əldə olunmasıdır, çünki xalq müdafiəçiliyinə konsensus əsasında əldə olunan namizəd düzgün, normal prosesdir, bunun əsasında namizəd statusunu alıb-almayacağımıza qərar veriləcək. Biz razılığın əldə olunması əhval-ruhiyyəsindəyik və məhz bu səbəbdən bu məsləhətləşmələrdə iştirak etməyə davam edirik. Bugünkü görüşlə bağlı demək istədiyim çox şey yoxdur, sadəcə onu deyə bilərəm ki, bu mərhələdə heç bir razılıq əldə olunmayıb. Razılaşdığımız yeganə şey odur ki, daha bir görüş keçirəcəyik və prosesdə konsensus addımı tapmaq üçün prosesi davam etdirəcəyik.

Mən təfərrüatlara daxil olmayacağam. Bilirsiniz, uzun bir görüş idi. Bu prosesdə bizim üçün, “Lelo” üçün Gürcüstanın xalq müdafiəçisinin olması olduqca vacibdir, onun namizədliyi, prinsipiallığı və ixtisaslılığı ölkəni Avropa İttifaqına doğru irəli aparacaq. Bu, bizim üçün başlanğıc nöqtəsidir. Bu mərhələdə deyə bilərəm ki, bugünkü görüşün nəticəsi olaraq müxalifətlə iqtidar komandası arasında hər hansı namizədlə bağlı konsensus yoxdur. Əlavə görüşə ehtiyacımız olması barədə razılaşdıq. Görək, bəlkə konsensusa nail ola bildik. Hər hansı namizəd ətrafında geniş dəstək toplanması konsensus deməkdir, bu mərhələdə belə bir namizəd görünmür”-deyə Ana Natsvlişvili açıqlayıb.