Ana Natsvlişvili - bu mərhələdə heç bir partiya ilə koalisiya formalaşdırmaq məsələsi müzakirə edilmir
Bu mərhələdə heç bir partiya ilə koalisiya formalaşdırmaq məsələsi müzakirə edilmir- bu barədə “Lelo”nun üzvü Ana Natsvilişvili jurnalistin “Quruculuq Strategiyası, “Lelo”, “Qirçi –Daha çox azadlıq” və “Droa” hərəkatının mümkün birləşməsi ilə bağlı sualını cavablandırarkən bildirib.
Natsvlişvili qeyd olunan məlumatın yanlış olduğunu bildirib.
“Mən bilmirəm. “Lelo” siyasi şurasının üzvü olan mənim bu haqda məlumatım yoxdur və partiyada baş verən hadisələr haqqında məndən daha çox məlumatlı olduğunuzu düşünmürəm. Bu sualın niyə aktual olduğunu bilmirəm. Siz mənə məlumatınız olduğunu deyirsiniz, mən sizə deyirəm ki, belə məlumat yanlışdır. Əgər sujet yanlış məlumat əsasında koalisiya yaratmaq hissi yaratmağa xidmət edirsə, sizə deyirəm ki, “Lelo”nun bu gün belə planları yoxdur. Bizi birləşdirə biləcək şeyə gəlincə – “Lelo” üçün ümumiyyətlə digər partiyalarla münasibətlərin tonunu, formasını və keyfiyyətini müəyyən edən əsas və ən vacib məsələlərdən biri ölkənin xarici kursu, yəni qərb istiqamətidir. Bu mərhələdə nə bu partiyalarla, nə də hər hansı digər aktorla koalisiya yaratmaq məsələsinə baxılmır”-deyə Ana Natsvlişvili bildirib.