Ana Mariya Şiko İrakli Ğaribaşvilinin səfəri haqqında - Gürcüstanın Baş nazirinin bu mühüm konfransda çıxış etmək üçün bu dəvəti qəbul etməsindən dolayı şadıq
Gürcüstanın Baş naziri Zati-aliləri İrakli Ğaribaşvilini Budapeştdə qəbul etmək imkanım olmasından dolayı şadam. Keçən il bizim möhtəşəm görüşümüz oldu və iki ölkənin baş nazirləri iki ölkə arasında münasibətləri strateji səviyyəyə qaldırmaq barədə qərar qəbul etdilər -bu barədə Macarıstanın Gürcüstandakı səfiri Ana Mariya Şiko açıqlayıb.
O, bununla bağlı olduqca mühüm sənəd imzalandığını bildirib.
“Bundan sonra biz şaxələndirmə planı çərçivəsində Gürcüstan və Rumıniya əraziləri vasitəsilə Azərbaycandan Macarıstana enerji idxalını nəzərdə tutan olduqca mühüm sənəd imzaladıq. Macarıstan və Gürcüstana çoxlu səfərləri nəzərdə tutan bir sıra planlaşdırılan layihələri də müzakirə etdik. Oktyabrda Tbilisidə hökumət sammitinin keçirilməsi planlaşdırılır. Və bu dəfə biz Zati-alilərini illik Mühafizəkar Siyasi Fəaliyyət Konfransında (CPAC) qəbul edirik. CPAC amerikalı siyasətçilərin və mühafizəkar yanaşmaların gələcəyi ilə maraqlanan insanların olduqca mühüm mühafizəkar toplantısıdır. Macarıstan mühafizəkar ölkə kimi üç mühüm dəyərə əsaslanır: ailə, xristianlıq və xalqımız. Düşünürəm ki, Gürcüstanla dostluğumuzu izah edən məhz bu münasibətdir və məhz bu səbəbdən Zati-aliləri, Gürcüstanın Baş nazirinin bu mühüm konfransda çıxış etmək üçün bu dəvəti qəbul etməsindən dolayı şadıq” – deyə Ana Mariya Şiko açıqlayıb.
Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.