Ana Maria Şiko - sanksiya tətbiq edilən yüklərlə bağlı Gürcüstan gömrüyünün əlindən gələn hər şeyi etdiyini bilirəm
Ana Maria Şiko - sanksiya tətbiq edilən yüklərlə bağlı Gürcüstan gömrüyünün əlindən gələn hər şeyi etdiyini bilirəm

 

Sanksiya tətbiq edilən yüklərlə bağlı Gürcüstan gömrüyünün əlindən gələn hər şeyi etdiyini bilirəm-bu barədə Macarıstanın Gürcüstandakı səfiri Ana Maria Şiko jurnalistlərə sanksiya tətbiq edilən yüklərlə bağlı sualı cavablandırarkən açıqlayıb.

Səfirin qeyd etdiyi kimi, o, Gürcüstana qarşı ittihamların səsləndiyini düşünmür və bu, daha çox ehtiyat tədbiridir.

“Bizə gömrüyün necə işlədiyini, hər şeyin yoxlanıldığını göstərdilər. Düşünürəm ki, Gürcüstan hər şeyi edir. Mən Xevsureti və Svanetiyə səyahət etmişəm və Gürcüstan sərhəddi çox hündürlükdə olduğu üçün onu tamamilə bağlamaq çox çətindir. Düşünmürəm ki, bunlar ittihamdır. Bu, daha çox ehtiyat tədbiridir, çünki hamı belə bir şeyin olmamasını təmin etmək istəyir, lakin mən bilirəm ki, hər şey edilir və Gürcüstan gömrüyü hər şeyi edir”-deyə səfir qeyd edib.