Ana Maria Şiko - biz hər zaman görülən işlərə baxılmalı olduğunu deyirik, fikrimcə Gürcüstan çox şey edib və ümid edirəm ki, tezliklə Avropa İttifaqında olacaq
Ana Maria Şiko - biz hər zaman görülən işlərə baxılmalı olduğunu deyirik, fikrimcə Gürcüstan çox şey edib və ümid edirəm ki, tezliklə Avropa İttifaqında olacaq

 
Macarıstan bütün istiqamətlərdə Avro-Atlantik inteqrasiya prosesində Gürcüstanı dəstəkləyib -bu barədə Macarıstanın Gürcüstandakı səfiri Ana Maria Şiko jurnalistlərə açıqlayıb.

Ana Maria Şikonun açıqladığı üzrə, Macarıstan 12 tövsiyənin həyata keçirilməsində Gürcüstanı aktiv şəkildə dəstəkləyir.

“Fikrimcə Gürcüstan çox şey edib. Biz 12 tövsiyənin həyata keçirilməsini aktiv şəkildə dəstəkləyirik. Hər zaman görülən işlərə baxılmalı olduğunu deyirik. Qədəh hər zaman yarı boş deyil, yarı doludur. Ən əsası düzgün istiqamətdə hərəkət etməkdir. Biz bilirik ki, Gürcüstan xalqı da eyni yolla getmək istəyir və ümid edirəm ki, mənim ürəyimə çox yaxın olan bu ölkə tezliklə Avropa İttifaqında olacaq. Biz Aİ-yə namizəd olanda Aİ-yə daxil olacağımızı gözləyirdik. Dəyirmi masada bərabərlər arasında azad, suveren olacağımızı gözləyirdik. Belə ki, dəyirmi masada Gürcüstan da olacaq” -deyə səfir açıqlayıb.