İşğal altında olan Cənubi Osetiyada Arçil Tatunaşvilinin ölüm faktına Avropa Parlamentinin deputatı Ana Qomeş öz “Tvitter” hesabından səslənir.
“Günümü Gürcüstan parlamentinin üzvləri ilə başladım. Cənubi Osetiyada Rusiya işğalçılarının etdikləri ilə bağlı Gürcüstanlı həmkarlarımın üzüntəlirini paylaşıram və baş verənlərlə bağlı naratçılığımı bildirirəm. Gürcüstanın qeyri-leqal işğalını dayandır Rusiya!” – yazır Ana Qomeş öz “Tvitter” hesabında.
Xatırladaq ki, Gürcüstan vətəndaşı Arçil Tatunaşvili və digər iki nəfər, fevralın 22-də işğal altında olan Cənubi Osetiyanın işğalçıları tərəfindən həbs edildilər. Arçil Tatunaşvili fevralın 23-də vəfat etdi.
İşğalçılar bugünə qədər ölən vətəndaşın cəsədini Gürcüstan tərəfinə verməyiblər.