Ana Buçukuri - status almaq üçün konkret islahatların həyata keçirilməsi adlanan prosesin konstitusiya dəyişiklikləri ilə əlaqələndirilməsi komandamız üçün qəti şəkildə qəbuledilməzdir
İlk görüş baş tutdu, desəm ki, xüsusi gözləntilərlə görüşə getmişdik, belə deyil. Müxtəlif məsələlər ətrafında müzakirələr aparıldı- bu barədə “Gürcüstan Naminə” partiyasının üzvü Ana Buçukuri parlamentin spikeri Şalva Papuaşvili ilə müxalifət nümayəndələri arasında keçirilən görüşdən sonra bildirib.
O, bugünkü görüşdə hər hansı bir konkret məsələ ilə bağlı razılığa gəlinmədiyini bildirib.
“Müxalif həmkarların hamısının təmsil olunmadığına görə məyusam. Qütbləşməyə toxunarsaq, bu bizim komandaya aid deyil. Qütbləşmənin mənbəyinin əslində “Gürcüstan Naminə” partiyası olmadığını nəzərdə tuturam.
Şəxsən mənim hansı güzəştə getməyə hazır olması ilə bağlı suallarım var idi. Bu görüşü yekunlaşdırsaq deyə bilərəm ki, bir çox məsələ ilə əlaqədar müzakirə aparıldı. Konkret bir şeylə bağlı razılaşma olmadı.
Gürcüstanın dekabrda namizəd statusunu alması üçün konkret islahatların həyata keçirilməsi adlanan prosesin konstitusiya dəyişiklikləri ilə əlaqələndirilməsi komandamız üçün qəti şəkildə qəbuledilməzdir . Bu məsələ əlbəttə ki, önəmlidir , lakin bu məsələ hər iki tərəf üçün prioritet ola bilməz. Gec və ya tez bu ölkə Avropa ailəsinin üzvü olacaq, lakin dekabrda Gürcüstanla bağlı müsbət qərarın veriləcəyi şansının bir faizi üçün belə komandamız maksimal şəkildə qoşulmağa və maksimumu etməyə hazırdır”-deyə Ana Buçukuri bildirib.