Ana Buçukuri - mühacirlərə seçkilərdə iştirak hüququnun tanınması kritik zərurət daşıyır
Siyasi komandamız Gürcüstan vətəndaşlarına, mühacirlərimizə elektron sistem vasitəsilə seçkilərdə iştirak etmək imkanı verilməsini tələb edir -bu barədə parlamentin üzvü Ana Buçukuri parlamentin plenar iclasında bildirib.
Deputat mühacirətdə olan Gürcüstan vətəndaşlarının elektron sistemlərdən istifadə etməklə seçkilərdə iştirakına icazə verilməli olduğunu bildirib.
“Siyasi komandamız Gürcüstan vətəndaşlarına, mühacirlərimizə elektron sistem vasitəsilə seçkilərdə iştirak etmək imkanı verilməsini tələb edir. Bunlar əslində ölkəmizi xilas edən insanlardır. Əvvəlki ilin göstəricilərinə görə, ölkəmizin ümumi daxili məhsulunun 10%-dən çoxu mühacirlərin payına düşüb – 6 milyard laridən çox pul mühacirlər tərəfindən köçürülüb. Müvafiq olaraq, bu insanlara seçkilərdə iştirak hüququnun tanınması kritik zərurət daşıyır və biz buna nail olmaq üçün bütün siyasi tribunalardan istifadə edəcəyik” -deyə Ana Buçukuri parlamentin plenar iclasında bildirib.
Bu barədə məlumatı parlamentin mətbuat xidməti yayır.a