Ana Buçukuri - "Milli Hərəkat" halında problem təkcə siyasi yükdə deyil, onların mentalitetindədir, çünki sistemli cinayətə bu gün də qiymət verməyiblər
“Milli Hərəkat” halında problem təkcə siyasi yükdə deyil, onların mentalitetindədir, çünki sistemli cinayətə bu gün də qiymət verməyiblər-bu barədə müxalifətdən olan deputat Ana Buçukuri danışıb.
Ana Buçukuri jurnalistlərlə söhbətində “Xalqın Gücü”nün üzvü Sozar Subarinin açıqlamasına münasibət bildirib. Deputatın sözlərinə görə, “Milli Hərəkat”ın ən böyük problemi təkcə cinayət törətməsi deyil, bu gün də törətdiyi cinayətlərə qiymət verməməsidir.
“Lakin bunlar fərdi hallar deyil, sistemli baş verən cinayətlər idi. Sandro Qirqvlianinin işi sistemli cinayət idi, bu, bir nəfərin faciəsi deyildi, burada sistemin ilk olaraq insanı necə qətlə yetirdiyi və cinayətkarları cəzalandırmaq üçün nə etmədiyi əks olunmuşdu. Strasburq məhkəməsinin qərarı məhz sistemli baş verən problemlərdən bəhs etdiyinə görə ciddi və unikaldır. Biz fərdi səhlənkarlıqlarla deyil, sistemli cinayətlə qarşı-qarşıya idik. “Milli Hərəkat” bunu səhvlər adlandırır. Onların idarəçiliyindən 11 il keçib və “Milli” mentalitet adlandırdığımız keçmişə qiymət verməyiblər. Onların halında problem təkcə siyasi yükdə deyil, həm də mentalitetdədir, çünki bu gün də sistemli cinayətə qiymət verməyiblər. “Gürcü Arzusu”na gəlincə, onlar on ildən artıqdır ki, hakimiyyətdədirlər və kimlərinsə cəzalandırılması gərəkdiyi indi yadlarına düşüb, məhz buna görə “Milli Hərəkat” və “Gürcü Arzusu”nun bir-birinin legitimlik qaynağı olduğunu deyirik – bir çubuğun iki ucu”-deyə Buçukuri açıqlayıb.