Ana Buçukuri – "Gürcü Arzusu"na yönəlik şübhəçilik başa düşüləndir, lakin belə bir sual yaranır, bunun əvəzində sən nə edirsən
“Gürcüstan Naminə” partiyasının üzvü Ana Buçukurinin sözlərinə görə, Gürcüstanın namizəd statusu alması üçün az da olsa işləmək şansını görəcəkləri bütün format və mexanizmlərdən istifadə edəcəklər.
Buçukuri “Gürcü Arzusu”nun başlatdığı iş prosesində bu səbəbdən iştirak etdiklərini açıqlayıb.
Ana Buçukurinin sözlərinə görə, “Gürcü Arzusu”na yönəlik şübhəçilik başa düşüləndir, lakin onun işçi qrupunda iştirak etməyən müxalif həmkarlarına bunun əvəzində vətəndaşlara nə təklif etmələri ilə bağlı sualı var.
“Gürcüstanın namizəd statusu alması , bu şansdan maksimal şəkildə istifadə edilməsi üçün az da olsa işləmək şansını görəcəyimiz bütün format və mexanizmlərdən, xüsusən də parlament mexanizmindən istifadə edəcəyik . Müvafiq olaraq bəli, həm parlament müxalifətinin qeyri-hökumət sektoru ilə keçirdiyi görüşlərdə , həm də işçi qruplarında, “Gürcü Arzusu”nun başlatdığı iş prosesində iştirak edirik. Mən parlamentariyəm və şəxsən özümü parlament tribunasından və təsir rıçaqlarından istifadə etməyə borclu hesab edirəm. Bəs o zaman mənim burada hansı funksiyam var. Təbii ki, mənim iştirak etməyən müxalifətdən olan həmkarlarıma belə bir sualım var- bunun müqabilində vətəndaşlarımıza nə təklif edirlər. “Gürcü Arzusu”na yönəlik şübhəçilik başa düşüləndir. Bu faktdır, çünki biz hamımız “Gürcü Arzusu” nun sözünün niyə heç bir dəyəri olmadığını çox yaxşı bilirik, lakin sadəcə olaraq belə bir sual yaranır, bunun əvəzində sən nə edirsən” -deyə Ana Buçukuri bildirib.