Ana Buchukuri - paralel proseslər aparmaq düzgün deyil, müxalifətdən olan həmkarlarımı işçi qruplara qoşulmağa çağırıram
Ana Buchukuri - paralel proseslər aparmaq düzgün deyil, müxalifətdən olan həmkarlarımı işçi qruplara qoşulmağa çağırıram

 

Bizim üçün paralel proseslərin aparılması xoşagələn deyil-bu barədə “Gürcüstan Naminə” partiyasının üzvü Ana Buchukuri bildirir.

Ana Buchukuri müxalif həmkarlarını hakim komanda ilə birgə keçirilən işçi qruplara qoşulmağa çağırıb.

“Paralel proseslərin düzgün olmaması ilə bağlı avropalı parlamentarilərin mövqeyini bölüşürük . Hamının bir masa ətrafında əyləşməsini arzu edərdim, lakin hələlik bu vəziyyətdəyik. Bizim üçün paralel proseslərin aparılması xoşagələn deyil. Biz bu proseslərdə müsbət rol oynaya biləcəyimizi görənə qədər hər iki prosesdə iştirak edirik. “Gürcü Arzusu” 12 rekomendasiyanın yerinə yetirilməsi ilə bağlı yekun qərarı verir və mən müxalifətdən olan həmkarlarımı masa arxasında əyləşməyə və bu işçi qruplara qoşulmağa çağırıram. “Gürcü Arzusu”nu proseslərə daxil etməməklə, özlərinin məsuliyyətini başqasının üzərinə atmaq üçün əlavə bəhanə vermək olmaz. “Gürcü Arzusu” tərəfindən yaradılmış işçi qruplarında iştirak etməyimizin səbəblərindən biri də budur” – deyə Ana Buchukuri bildirib.

Məlumat üçün bildirək ki, müxalifətin “Gürcü Arzusu”nun işçi qruplarından ayrılan hissəsi bu gündən alternativ prosesə başlayıb. Seçki məsələləri üzrə paralel işçi qrupunun iclası artıq keçirilib, iclasda konstitusiya dəyişikliklərinin yekun təsdiqi və gələcəkdə seçki məcəlləsinə ediləcək əlavələr müzakirə olunub. Bu dəqiqələrdə müxalifətin ikinci işçi qrupunun iclası keçirilir və onlar qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birlikdə ədalət mühakiməsi islahatını müzakirə edirlər. “Vahid Milli Hərəkat”ın deputatları elan etdikləri mövqelərə baxmayaraq, müxalifətin işçi qruplarının bu gün keçirilən görüşlərinə getməyiblər.