"Amnesty İnternational" - Rusiya və de-fakto iqtidar Arçil Tatunaşvili məsələsinin istintaqını dərhal keçirməlidirlər və onun cəsədi ailəsinə qaytarılmalıdır
Beynəlxalq təşkilat “Amnesty İnternational” Arçil Tatunaşvili məsələsi ilə bağlı bəyanat yayır hansı ki, Rusiya və de-fakto iqtidarına müraciət edir ki, dərhal məsələnin istintaqı keçirilisin və Tatunaşvilinin cəsədi ailəsinə verisin.
Təşkilatçılar bəyan edirlər ki, Arçil Tatunaşvilinin ölüm faktı ilə bağlı istintaqın keçirilməməsi göstərir ki, Tatunaşvilinin həyatı qeyri-qanuni şəkildə dayandırılıb.
“Rusiya və de-fakto iqtidar Sxinvali regionunda həbs edilən Arçil Tatunaşvilinin ölüm faktı ilə bağlı dərhal istintaq başlatmalıdır və Tatunaşvilinin cəsədi ailəsinə verilməlidir.
35 yaşlı Arçil Tatunaşvili 2018-ci ilin fevralın 22-də Sxinvali regionunda həbs edildi. Onun yaxınlarının bəyan etdiyinə görə, Arçil Tatunaşvili işğal altında olan regiona oradaki evini yoxlamaq üçün getmişdi. Tatunaşvili həbs edildiyi gün həyatını itirdi.
De-fakto iqtidar bəyan edir ki, Tatunaşvili hüquqmühafizəşilərə müqavimət göstərirdi və onların əlindən silahlarını almağa çalışırkən, mərdivəndən düşdü və ölümcül xəsarət aldı.
Sxinvali regionun de-fakto iqtidarı Tatunaşvilinin cəsədini ailəsinə hələ də verməyib” -deyilir “Amnesty İnternational”-ın bəyanatında.