Amnesty International - İnzibati sərhədlərin yanında çəpərliklərin qoyulma praktikası yerli əhalinin hüquqlarını pozmaqdır
Amnesty International - İnzibati sərhədlərin yanında çəpərliklərin qoyulma praktikası yerli əhalinin hüquqlarını pozmaqdır

Gürcüstanın işğal edilmiş ərazilərində hərəkət etmək üçün qoyulan məhdudiyyətlər məsələsi  Amnesty International-ın hesabatına daxil oldu.

Hesabatda deyilir ki, rus hərbi qüvvələri və Abxaziya və Cənubi Osetiya separatist regionların de-fakto iqtidarları, inzibati sərhədin yanında hərəkət etmək üçün məhdudiyyət qoymağa davam edirlər. Sərhədi “qeyri-qanuni şəkildə” pozduğu üçün isə, onlarla insan həbs edilir.

“İnzibati sərhədlərin ərazisində çəpərlərin qoyulma praktikası yerli əhalinin hüquqlarını pozmaqdır. Öz bağçalarına, yaylaqlarına və əkin torpaqlarına gedə bilmə imkanlarının məhdudlaşdırılması əhalinin həyat səviyyəsinə çox mənfi təsir göstərir” – deyilir hesabatda.