Amiran Qamğrelidze - vəzifədən getmək mənim arzum idi, indi yolu gənclərə verirəm
Amiran Qamğrelidze - vəzifədən getmək mənim arzum idi, indi yolu gənclərə verirəm

 

Mənim heç kimlə qarşıdurmam olmayıb və yoxdur, aqressiv insan deyiləm, müvəqqəti olaraq məni Tamar Qabunia əvəz edəcək, sonra nazirlik yeni rəhbər seçəcək, – bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze vəzifəsindən getməsi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Amiran Qamğrelidze bir az bundan əvvəl Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyində nazir Zurab Azaraşvili və nazir müavini Tamar Qabunia ilə görüşdüyünü bildirib. Qamğrelidzenin sözlərinə görə, Tamar Qabunia əvvəlcə mərkəzdəki vəziyyətlə ətraflı tanış olmalıdır və o, belə görüşlərin gündəlik keçiriləcəyini qeyd edib.

“Artıq vaxtı yetişib. 10 ildir ki, bu vəzifədəyəm. Bildiyiniz kimi, kovid pandemiya geriləməkdədir. Bugünkü göstəricilər ötən həftənin ikinci gününün göstəricilərindən daha çox rahatlaşdırıcıdır. Həm, gənclərə yol verməyi sevirəm, buna görə də indi gənclərə yol verirəm. Məni müvəqqəti olaraq Tamar Qabunia əvəz edəcək, sonra Nazirlik yeni rəhbər seçəcək. Kim ola bilər? Sizə deyə bilmərəm, bilmirəm. Bir daha təkrarlayıram, mənim heç kimlə keçmişdə qarşıdurmam olmayıb və indi də yoxdur. Mən aqressiv insan deyiləm. Kiminsə mənimlə problemi olduğunu düşünmürəm. Mən akademik dairələrin nümayəndəsiyəm, hər zaman istənilən məsələni nəzərdən keçirirəm, həmişə konsensusla məsələni həll etməyə çalışıram ki, mübahisə olmasın. Mən bütün ömrüm boyu belə gəlmişəm və ömrümün sonuna qədər də belə edəcəyəm. Yeni komandadır, çox yaxşıdır. Daha çox gənclik gəldi. Bildiyiniz üzrə, mən artıq balaca deyiləm, uzun müddətdir ki, səhiyyə sistemindəyəm.

Gələcəklə bağlı planlarım var idi və hələ də var. Uzun müddətdir ki, səhiyyə sektorundayam, baxışlarım var, kimin məsləhətə ehtiyacı varsa, hazıram. Mən dəfələrlə beynəlxalq təşkilatlarda məsləhətçi olmuşam. İndi fikirləşirəm ki, məni buraxsanız, iki ay bir az dincəlməliyəm, sonra işə qayıdacağam. Bir neçə universitet məndən mühazirə oxumağımı xahiş edir, elmi fəaliyyətə başladığım sahədə çox yaxşı elmi qrupum var. Biz çox yaxşı gənclər yetişdiririk və düşünürəm ki, mənim çox işim olacaq. Bir az nostalji olacaq, təbii ki, insanlar eyni yerə öyrəşirlər, lakin belə daha yaxşıdır, yeni qan həmişə daha yaxşıdır”- deyə Qamğrelidze bildirib.

Paata İmnadzenin istefa verib-verməyəcəyi ilə bağlı suala Qamğrelidze belə cavab verib:

“Paata İmnadze niyə istefa verməlidir? 15-18 il bu institutun direktoru olub. Onun yeni rəhbər olub-olmayacağını deyə bilmərəm, nazirlik qərar verəcək.

Nazirlə də görüşüm oldu. Bu görüşdə mən, nazir və Tamar Qabuniya birlikdə iştirak etdik. Postu əlavə çağırışlar olmadan necə təhvil vermək barədə danışdıq. Hər şeyi qaydasına salan kimi və Tamar Qabunianı işin gedişatına dair ətraflı şəkildə məlumatlandırdıqdan sonra mən rəsmi olaraq vəzifəmi tərk edəcəm. Belə görüşlər hər gün keçiriləcək. Vəzifədən getmək qarşılıqlı qərar idi, nazirin və mənim qərarım. Bu, mənim istəyim idi və nəsə qərar qəbul edərkən məni yolumdan döndürmək çətindir” –deyə Qamğrelidze bildirib.