Amiran Qamğrelidze - Təklifimiz ondan ibarətdir ki, yanvar ayından etibarən iki dəfə peyvənd olunmuş şəxs yox, gücləndirici dozası olacaq şəxslər tam peyvənd edilmiş hesab edilsin
“Bizim təklifimiz ondan ibarətdir ki, yanvar ayından etibarən iki dəfə peyvənd olunmuş şəxs yox, gücləndirici doza ilə peyvənd olunan şəxs tam peyvəndlənmiş hesab olsun”, – Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze koordinasiya şurasından sonra bildirib.
Onun sözlərinə görə, indiki mərhələdə ölkədə 54 min nəfər üçüncü doza peyvəndi olunub.
Busterizasiya Omikronun yayılmasının qarşısını almaq üçün əsas müdafiə mexanizmlərindən biri hesab olunur. Bizim təklifimiz ondan ibarətdir ki, yanvar ayından etibarən iki dəfə peyvənd olunmuş şəxs yox, gücləndirici doza ilə peyvənd olunan şəxs tam peyvəndlənmiş hesab olsun. Təbii ki, bu, tez baş verməyəcək”, – deyə Amiran Qamğrelidze bildirib.
O, bir daha vətəndaşları əsas tövsiyələrə əməl etməyə çağırıb.
“Omikron” ölkəmizdən də yan keçməyəcək və halların sayı artacaq. Hamımız dərk etməliyik ki, həqiqətən də yeni təhlükə mövcuddur və ölkədə əsas tövsiyələrə əməl edilməlidir. Əgər peyvəndlərin sayını mümkün qədər artırsaq, sərt məhdudlaşdırıcı tədbirlər görməyə ehtiyac qalmayacaq”, – Amiran Qamkrelidze bildirib.