Amiran Qamğrelidze - tamamilə bağlamaq müzakirə olunmur, söhbət ciddi məhdudlaşdırıcı tədbirlərdən gedir
Amiran Qamğrelidze - tamamilə bağlamaq müzakirə olunmur, söhbət ciddi məhdudlaşdırıcı tədbirlərdən gedir

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidzenin bəyan etdiyinə görə, Gürcüstanda tədbiq olunan məhdudiyyətlər daha da sərtləşdiriləcək və bu mövzu barəsində axşam əlavə məsləhətləşmələr aparılacaq.

“Ölkədə müəyyən məhdudiyyətlər tədbiq olunub və daha da sərtləşdiriləcək. Bu barədə bu gün koordinasiya şurasında müzakirə var idi. Əlavə məsləhətləmələr bu gün axşam və sabah da aparılacaq. Ölkədə bir sıra məhdudiyyətlər sərtləşdiriləcək. Hansı formada olmasını irəlcədən deyə bilmərəm”, – Amiran Qamğrelidze bəyan etdi.

Halbuki, Qamğrelidze qeyd edir ki, tamamilə bağlamaq müzakirə olunmur.

“Çinin Uhanda üç ay ərzində etdiyi kimi, bağlamaq müzakirə olunmur. Söhbət ciddi məhdudlaşdırıcı tədbirlərdən gedir, hansının da bir hissəsi artıq tədbiq olunub və bir hissəsi daha da sərtləşdiriləcək. Lakin yalnız tədbiq etmək əhəmiyyətli deyil, əhəmiyyətli yerinə yetirməkdir və ona nəzarətdir”, – Qamğrelidze qeyd etdi.