Amiran Qamğrelidze istefasının onun və səhiyyə nazirinin qarşılıqlı qərarı olduğunu bildirir
Amiran Qamğrelidze istefasının onun və səhiyyə nazirinin qarşılıqlı qərarı olduğunu bildirir

 
Amiran Qamğrelidze bildirir ki, Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri vəzifəsindən istefası onun və səhiyyə nazirinin qarşılıqlı qərarıdır. Bu barədə Qamğrelidze Səhiyyə Nazirliyində planlaşdırılan görüşdən əvvəl jurnalistlərə bildirib.

“Təsdiq edirəm ki, həqiqətən gedirəm. Bu gün Nazirlikdə görüş olacaq, hər şeyin rahat təhvil verilməsi ilə bağlı məsələlərin üzərindən keçəcəyik. Bildiyiniz üzrə, Xəstəliklərə Nəzarət Mərkəzi aparıcı müəssisədən biridir. Burada çoxlu işlər görülür. Bu işlərin havada qalmaması üçün, biz keçid dövrünə plan hazırlayacağıq və bundan sonra mən postu tərk edəcəyəm” –deyə Qamğrelidze bildirib.

Xatırladaq ki, Amiran Qamğrelidze avqustun 5-də şəxsi müraciəti əsasında Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru vəzifəsini tərk etdiyini açıqlamışdı.