Amiran Qamğrelidze - Gürcüstanda "Omikron" aşkarlanan hər iki hal yüngül şəkildə davam edir
Amiran Qamğrelidze - Gürcüstanda "Omikron" aşkarlanan hər iki hal yüngül şəkildə davam edir

Gürcüstanda aşkar edilən hər iki “Omikron” halı yüngül şəkildə davam edir, – Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.

Onun sözlərinə görə, “Omikron”a ABŞ və Yaxın Şərqə, Dubaya səyahət tarixçəsi olan iki Gürcüstan vətəndaşı yoluxub.

Lakin Qamğrelidzenin qeyd etdiyi kimi, hər ikisi təcrid olunub və onların 26 kontaktı araşdırılır.

“Bir halda 10 kontaktımız var, ikinci halda 16. Onlardan 11-i əcnəbi, qalanları Gürcüstan vətəndaşıdır. Onların dərin epidemioloji tədqiqi davam etdirilir. Hər iki yoluxmuş şəxs öz mənzilində, təcrid olunmuş vəziyyətdədir və vəziyyətləri yüngüldür”, – Qamğrelidze deyib.

Bu gün Gürcüstanda iki Omikron infeksiyasına yoluxma halı aşkarlanıb.