Amiran Qamkrelidze - Vaksinasiya siyasi silah olmamalıdır, bu məsələ bütün ölkəyi birləşdirməlidir ki, pandemiyayı məğlub edə bilək
Amiran Qamkrelidze - Vaksinasiya siyasi silah olmamalıdır, bu məsələ bütün ölkəyi birləşdirməlidir ki, pandemiyayı məğlub edə bilək

Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin sədri Amiran Qamkrelidzenin bəyanatına görə, vaksinasiya bugün siyasi silah oldu, xüsusi ilə güclü dövlətlərin əlində.

Qamkrelidze əhaliyə tövsiyyə edir ki, bu məsələ ilə bağlı siyasi fikirlər bildirməsinlər. Onun dediyinə görə, pandemiya bütün ölkəyi birləşdirməlidir və koronavirusla mübarizə yolunda insanlar bir-birinə həmrəy olmalıdırlar.

“Sadəcə Gürcüstanda deyil, bütün dünyada pandemiya siyasi silah oldu, xüsusi ilə də vaksinasiya. Mən siyasətdən uzaq durmağa çalışıram və hərkəsə tövsiyyə edirəm, vaksinasiyayı siyasi silaha çevirməyək. Vaksinasiya covid-19-la mübarizədir və siyasi simpatiyalarımıza baxmayarq, bu məsələdə həmrəy olmalıyıq ki, pandemiyayı məğlub edə bilək” – dedi Qamkrelidze.