Amiran Qamkrelidze - Bu mərhələdə öncə nəqliyyatın, sonra isə, təhsil müəssisələrinin açılmasının tərəfdarıyam
Amiran Qamkrelidze - Bu mərhələdə öncə nəqliyyatın, sonra isə, təhsil müəssisələrinin açılmasının tərəfdarıyam

Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin dediyinə görə, bu mərhələdə əsas prioritet şəhər munisipal nəqliyyatının fəaliyyətinin bərpasıdır.

Qamkrelidzenin koordinasiya şurasının iclasından sonra verdiyi bəyanatına görə, bugün əsas prioritet ictimai nəqliyyatın bərpasıdır. Çünki əhali üçün nəqliyyatsızlıq problem yaradır.

“Bugünki epid-vəziyyəti qoruya bilsək, Tbilisidə, Kutaisidə və Rustavidə də Batumidəki kimi, ictimai nəqliyyatın fəaliyyəti bərpa olunmalıdır. Daha sonra isə, məhdudiyyətlərin qaldırılmasının növbəti mərhələsinə keçəcəyik və bu da təhsil müəssisələrinin açılması olacaq” – dedi Amiran Qamkrelidze.