Amerikanın Time jurnalı Mixail Saakaşviliyi axtarılan siyasətçilərin beşliyinə daxil etdi
Amerikanın Time jurnalı Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyi 2018-ci ilin axtarışda olan siyasətçilərin ilk beşliyinə daxil etdi.
Nəşriyyatın izah etdiyinə görə, siyahıya 2018-ci ildə medya vasitələrində ən böyük diqqət çəkən siyasətçilər daxil edildilər.
Saakaşvilidən başqa siyahıda Kataloniyanın sabiq lideri Karles Puiçdemon, “Vikiliksin” təsisçisi Julian Asanj, Rəcəb Tayyip Erdoğanın tənqidçisi Fethullah Gülen və Kosovonun sabiq baş-naziri Ramuş Haradinaci yera alıblar.
Publikasiyada həmçinin, axtarışda olan siyasətçilərin hekayələri də yazılıb.
Məqalədə deyilir ki, Saakaşvili ən son dünya medyasının diqqətini, Ukrayna hüquqmühafizəçilərindən qaçarkən dama çıxdığı zaman cəlb etdi.