"Amerikanın Səsi" - ABŞ Dövlət Departamentində Saakaşvilinin sağlamlığının müdafiəsinə Gürcüstan hakimiyyətinin cavabdeh olduğu deyilir
ABŞ Dövlət Departamenti Gürcüstanın sabiq prezidentinin müalicəsini yaxından izləyir-bu barədə ABŞ Dövlət Departamenti tərəfindən “Amerikanın Səsi”nə verilən yazılı açıqlamada deyilir.
Dövlət Departamentinin məlumatında Gürcüstan hakimiyyətinin Mixeil Saakaşvilinin bütün əsas hüquqlarına, o cümlədən müvafiq müalicə hüququna da cavabdeh olduğu deyilir.
“Cənab Saakaşvilinin sağlamlığının və insan hüquqlarının müdafiəsinə Gürcüstan hakimiyyəti cavabdehdir. Xalq müdafiəçisinin tibbi ekspertlərinin tövsiyələrinə əsasən, biz müvafiq şəxslərlə Saakaşvilinin sağlamlığı və rifahı naminə lazımi addımların atılması üçün vəkilliyi davam etdirəcəyik”-deyə Dövlət Departamentinin bəyanatında yazılıb.