Amerikan medyasının məlumatına görə, ABŞ-ın gizli xidmətləri Vilminqtonda təhlükəsizlik tədbirlərini gücləndirirlər, çünki Co Baydenin qələbəsinin orada elan ediləcəyi ehtimal olunur
Amerikan medyasının məlumatına görə, ABŞ-ın gizli xidmətləri Vilminqtonda təhlükəsizlik tədbirlərini gücləndirirlər, çünki Co Baydenin qələbəsinin orada elan ediləcəyi ehtimal olunur

ABŞ-ın gizli xidmətləri Vilminqtonda təhlükəsizlik tədbirlərini gücləndirirlər, çünki Co Baydenin qələbəsinin orada elan ediləcəyi ehtimal olunur, – bu haqda məlumatı “Vaşinqton Post” nəşriyyatı öz mənbəsinə istinadən yayır.

Amerikan nəşriyyatı yazır ki, ölkənin gizli xidməti Delaver ştatına agentlər qrupunu göndərir, çünki prezident namizədi öz qələbəsini Delaver ştatının Vilminqton şəhərində elan edəcək.

ABŞ-ın gizli xidmətləri Vilminqtonda təhlükəsizlik tədbirlərini gücləndirməyə Co Baydenin qərargahının tələbindən sonra başladılar. Qərargah xüsusi xidmətlərə, Vilminqtonun konfrans mərkəzindın yenə bir gün istifadə edəcəyi barədə məlumat verib.

Yayılan məlumata görə, Bayden orada çox önəmli bir bəyanat verəcək.

ABŞ-ın xüsusi xidmətlərinin əsas vəzifəsi prezidenti və prezidentliyə namizədləri qorumaqdır.