Amerikalı müğənni Lana Del Reyə hücum etdilər
Amerikalı müğənni Lana Del Reyə hücum etdilər

Tanınmış Amerikalı müğənni Lana Del Reyə hücum etdilər. Bu barədə məlumatı dailymail yayır.

Nəşr, hücum faktını əks etdirən videonu yayır. Kadrlarda görünür ki, konsertin tamaşaçılarından biri səhnəyə xüsusilə yaxınlaşır və müğənni səhnə arxasına gedərkən gözlənilmədən ona tərəf yüyürür və yıxır.

Baş verənlər barəsində Lana Del Rey bu vaxta qədər rəsmi şərh verməyib. Həmçinin hansısa bir xəsarət alıb almamadığı barədə məlumat yoxdur.

İnsident Antverpendə, turne çərçivəsində baş verdi.