Amerikalı konqresmenlər Gürcüstana dəstək aktı ilə bağlı xüsusi bəyanat yayırlar
Amerikalı konqresmenlər Gürcüstana dəstək aktı ilə bağlı xüsusi bəyanat yayırlar

Amerikalı Konqresmenlər Ted Po və Qeri Konol Konqres tərəfindən qəbul edilən Gürcüstana dəstək aktı ilə bağlı xüsusi bəyanat yaydılar.

“Gürcüstan dünyanın elə bir yerində demokratiya işığıdır, hansı ki, illərdir Sovetlər mirasının yox edilməsi üçün mübarizə aparır. Baxmayaraq ki, Gürcüstan 1991-ci ildə müvəffəqiyyətlə müstəqilliyə nail oldu, Moskva, Gürcüstan ərazilərini işğal edərək, bu kiçik ölkəyi öz orbitasına qaytarmağa çalışırdı.

Gürcüstanın dostları olaraq, gürcü xalqına Rusiya aqresiyasına qarşı yardım etməliyik. Həmkarım olan konqresmen Qeri Konol tərəfindən Gürcüstana dəstək aktının qəbuluna qoşuluram. Bu əhəmiyyətli akt Kremlə göndərmədir ki, konqres Rusiya tərəfindən Gürcüstanın aqresiyasına qarşı çıxır və bu dəstəyi gücləndirməyə çalışır” – bəyan edir Ted Po.