Amerikalı konqresmen - Sadəcə separatist rejimlər və yaramaz iqtidarlar, ölən əsgərin cəsədini ailəsinə verməmək kimi qəddarlıq edə bilərlər
Sadəcə separatist rejimlər və yaramaz iqtidarlar ölən əsgərin cəsədinin ailəsinə verilməməsi kimi qəddarlıq edə bilərlər, – bu barədə bəyanatı amerikalı konqresmen Ted Po öz veb-səhifəsində yayılan edilən press-relizdə verdi.
Konqresmenin məktubunda deyilir ki, bəyanat Rusiya tərəfindən işğal edilən ərazidə insan hüquqlarının pozulmasının eskalyasiyasının artmasına aiddir.
“Rus ayısı beynəlxalq hüququ pozmaq üçün heç bir imkanı əldən buraxmır. Keçən ay Rusiya tərəfindən işğal edilən ərazidə üç nəfər həbs edildi, onlardan biri işgəncə edilərək, öldürüldü. Ölən şəxsin cəsədi isə, ailəsinə verilmir. Vladimir Putinin tiran rejimi yenə də qane olmur və indi də, Şərq Avropayı qorxutmağa çalışır” – yazır Ted Po.