Amerikalı farmasevt COVİD-19-a qarşı vaksinalara qəsdlə zərər verdiyini etiraf etdi
Amerikalı farmasevt etiraf etdi ki, COVİD-19-a qarşı vaksinalara qəsdlə zərər verdi, çünki hesab edirdi ki, onlar insan sağlamlığı üçün zərərlidir.
İnsindent dekabr ayında Viskonsin ştatında baş verdi.
46 yaşlı Stiven Bradenburq “Moderna” şirkəti tərəfindən istehsal edilən vaksinaların 570 dozasının saxlanma şərtlərini pozmaqda ittiham olunur.
Farmasevt öz suçunu etiraf etdi və bəyan etdi ki, o konspirasiya teoriyalarının təsiri altına düşdü.
İstintaq nəticəsində müəyyən olundu ki, farmasevt “Moderna” vaksinalarını soyuducudan qəsdlə çıxartdı və o zərər görən vaksinalarla 57 nəfər peyvənd edildi.
BBC-nin məlumatına görə, qeyd olunan cinayət 20 ilə qədər həbs cəzası və 250 000 dollarlıq cəriməyi nəzərdə tutur.