Amerika səyahət nəşri Gürcüstanı 2019-cu ilin 20 turist istiqaməti arasında adlandırdı
Popyular Amerika səyahət nəşri (Thrillist) Gürcüstanı 2019-cu ilin 20 turist istiqaməti arasında adlandırdı. Məlumatı Milli Turizm Agentliyi yayır.
Qeyd olunan nəşrin ayda 20 milyondan artıq oxucusu var. Siyahıya Gürcüstan ilə birlikdə Rumıniya, Polşa, Çernoqoriya, Cənubi Afrika, Nepal və başqa ölkələr düşdülər. Bu yerlər, nəşrin Amerikalı turistlərə səyahəti təklif etdiyi yerlərdir.
Jurnalist Bencamin Kemper Gürcüstanın mütəlif güşələrinə Milli Turizm Agentliyinin dəvəti ilə səyahət etdi və oxucuya Gürcüstanın turist istiqamətlərini tanış etdi.
“Bu ölkənin kiçik ölçüsü sizi aldatmasın, gürcüstanda hər şey, xaçapuridan başlamış folklor rəqsləri ilə davam edərək təsiredicidir. Burada Qafqaz sıra dağlarını görə bilərsiniz.
Gürcüstan son illərdə transformasiya keçirdi, kriminalı dəf etdilər, yollar saldılar, yeni aeroportlar tikdilər, xaricdə Gürcüstanın populyarlaşması başladı.
Bu gün Gürcüstanda ən təhlükəli nədir? bu çaçadır, yükəsk dərəcəli içki, onu sizə hər yerdə təklif edirlər.
Gürcüstanın harasına getdiyinizdən asılı olmayaraq, hər yerdə qədim aləmə məxsus qonaqpərvərliyi görəcəksiniz, hər döngədə şərabla rast gələcəksiniz. Bu içkini gürcülər antik dövrdə yaratdılar.
Qerqeti Samebasına çıxmağı unutmayın. Qeyd olunan ibadət yerini 14-cü əsrdə, buludlardan hündürdə inşa ediblər”, – Bencamin Kemper yazır.