Amerika səfirliyində ABŞ-ın Müstəqillik Gününə həsr olunmuş ziyafət tədbiri keçirilib
Amerikanın Tbilisidəki səfirliyində ABŞ-ın Müstəqillik Günü ilə bağlı tədbir keçirilib. ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan qonaqları qəbul edib.
Tədbirdə Gürcüstan iqtidarı və müxalifətinin, eləcə də müxtəlif sahələrin nümayəndələri iştirak ediblər.
Qəbulda Gürcüstan Prezidenti Salome Zurabişvili, baş nazir İrakli Ğaribaşvili, hökumət və parlament üzvləri iştirak ediblər.