ABŞ Səfirliyinin dəstəyi ilə “Amerika Memarlığının Paradiqmaları” layihəsinin təqdimatı keçirildi. Layihəyə Amerikanın aparıcı memarları və irsin mühafizəsi üzrə ekspertlərin iştirak etdiyi yeddi sənədli film daxildir.
Layihənin əsas partnyorlarından biri platformalarında qeyd olunan filmlərin nümayiş olunacağı Gürcüstanın Birinci Kanalıdır.
“Birinci Kanal bu çox maraqlı layihənin partnyorudur. Ümumiyyətlə, biz yaradıcılıq, kreativ, dizayn olan hər yerdəyik. Bu təqdirdə, platformalarımız vasitəsilə nümayiş etdirmək niyyətində olduğumuz çox maraqlı sənədli filmlər silsiləsi var və həmin planlaşdırılan fəaliyyətlər – memarlıq, dizayn və yaradıcılıq haqqında söhbətlər mütləq efirimizdə olacaq”, – Birinci Kanalın baş direktoru, Tinatin Berdzenişvili bəyan etdi.