Amerika Birləşmiş Ştatlarının məhkəməsi "Google" korporasiyasını antiinhisar qanununu pozmaqda təqsirli bilib
Amerika Birləşmiş Ştatlarının məhkəməsi "Google" korporasiyasını antiinhisar qanununu pozmaqda təqsirli bilib

 
Amerika Birləşmiş Ştatlarının məhkəməsi “Google” korporasiyasını antiinhisar qanununu pozmaqda təqsirli bilib.

“New York Times”ın yazdığı üzrə, müvafiq qərarı Kolumbiya vilayətinin hakimi Amit Muhta verib.

Hakim bildirib ki, “Google” hər il “Samsung” və “Apple” də daxil olmaqla digər böyük texnologiya şirkətlərinə onların cihazlarında “Google”un axtarış sisteminin əvvəlcədən quraşdırılması üçün milyardlarla dollar ödəyib. “Google” tərəfindən texnologiya şirkətlərinə ödənilmiş məbləğ 26 milyard dollara çatıb. Hakimin qərarına əsasən, bu, rəqiblərin “Google”la rəqabət aparmasına mane olurdu.

“New York Times”ın məlumatına əsasən, bu, son 26 ildə “Google” korporasiyasının antiinhisar qanunvericiliyini pozmaqda təqsirli bilinməsinin ilk halıdır.

ABŞ-ın Ədliyyə Departamenti 2020-ci ildə “Google”a qarşı şikayəti məhkəməyə təqdim edib. ABŞ-ın baş prokuroru Merik Qarland Kolumbiya vilayətinin hakiminin qərarını “Amerika xalqının tarixi qələbəsi” adlandırıb.

“Böyüklüyündən və təsirindən asılı olmayaraq heç bir şirkət qanundan üstün deyil” – Qarland bildirib.