Amerika Birləşmiş Ştatlarının cənub-şərqində "Debby" fırtınasının nəticələri ilə mübarizə aparırlar, azı 5 nəfər həlak olub
Amerika Birləşmiş Ştatlarının cənub-şərqində "Debby" fırtınasının nəticələri ilə mübarizə aparırlar, azı 5 nəfər həlak olub

 
Tropik “Debby” fırtınası ABŞ-nin cənub-şərqini vurub. Azı beş nəfər həlak olub.

Dünyasını dəyişənlər arasında evinin üzərinə ağac aşmış 13 yaşlı uşaq; Avtomobili yoldan çıxaraq kanala düşən yük avtomobili sürücüsü var; Həmçinin, təbii fəlakət zamanı baş vermiş yol-nəqliyyat hadisəsinə qurban getmiş qadın və onun 12 yaşlı uşağı dünyasını dəyişib.

“BBC”nin yazdığı kimi, əvvəlcə tufan Floridanı vurub, daha sonra tropik fırtınaya çevrilib (zəifləyib), lakin Corciya ştatının bir hissəsinə, eləcə də Cənubi və Şimali Karolinaya təhlükə yaradır.

Floridada tufan səbəbilə 150.000 abonent işıqsız qalıb, Corciya və Cənubi Karolinada isə ləngimələr var.

ABŞ-nin Qasırğaların Milli Monitorinq Mərkəzində bəyan ediblər ki, tropik fırtına leysan yağışla müşayiət olunur, bu da sel təhlükəsi yaradır.

Cənubi Karolinada iki tornado da qeydə alıblar.