Amazon-un təsisçisi öz robot itini "gəzdirdi"
Amazon-un təsisçisi öz robot itini "gəzdirdi"

Amazon şirkətinin təsisçisi Cozef Bezos Spot Mini adlı robot itini “gəzdirdi”.

Robot itinin fotosunu Cozef Bezos “Tvitter” səhifəsində paylaşdı.

Robot itini Amazon-nun rəhbəri MARS2018 – texnologiya konfransı çərçivəsində “gəzdirdi”.

Spot Mini 25 kiloqram ağırlığında və 91 santimetr boyundadır.

Robotu amerikan Boston Dynamics şirkəti yaratdı.

Şirkətdə bəyan edirlər ki, robot mərdivənlərdən çıxa bilir, ofislərdə, evlərdə və küçədə hərəkət edə bilir.

Robot it həmçinin, stəkan gətirib, qapıyı da aça bilir.