Amazon tropik meşəsinin ortasında yaşayan Mura tayfasının nümayəndələri bəyan edirlər ki, öz torpaqlarını tərk etməyəcəklər [Foto]
Amazonun tropik meşəsinin ortasında yaşayan Mura tayfasının nümayəndələri bəyan edirlər ki, orada yansalar da, öz torpaqlarını tərk etməyəcəklər.
Mura tayfasının nümayəndəsinin bəyanatını Reuters agentliyi yayır.
Bugün Braziliyada Mura tayfasının 15 min nümayəndəsi yaşayır. Amazon meşəsində bu tayfa üçün xüsusi zona ayrılıb.
Mura tayfasının nümayəndələri qorxurlar ki, oradan köçməli olsalar, qədim ənənələrini itirəcəklər və yerli hakimiyyətlə bərabər, meşəyi qorumaq üçün əlindən gələni edəcəklərini deyirlər.
“Bu meşənin qorunması üçün qanımızın son damlasına qədər mücadələ edəcəyik. Bu meşə dünyaya və uşaqlarımıza lazımdır” – deyir tayfanın lideri Raimundo Mura.
Hazırda “yer kürəsinin ağ ciyəri” adlanan Amazon tropik meşəsində minlərlə yanğın ocağı yaranıb.
Bu meşə planetimizn oksigeninin 20 faizini işlədir və onun yanması qlobal ekoloji faciyəyə səbəb ola bilər.
Fransa prezidenti dünyanın ən böyük tropik meşəsində baş verən yanğınla bağlı öz “Tvitter” hesabından səslənib və onu beynəlxalq krizis adlandırıb.
“Sözün əsl mənası ilə, bizim evimiz yanır. Amazonun tropik meşəsi, dünyanın ağ ciyərləridir və dünyadaki oksijenin 20 faizini məhz o meşə işlədir və o indi atəşlər içindədir.
Bu beynəlxalq krizisdir. Böyük yeddiliyin sammitində gəlin ilk növbədə bu məsələyi fövqəladə rejimdə müzakirə edək” – yazıb Makron.