Aluda Ğuduşauri -xalq müdafiəçisindən obyektivlik və qərəzsizlik tələb olunur, hazırkı xalq müdafiəçisi bu meyarları keçə bilmədi
Aluda Ğuduşauri -xalq müdafiəçisindən obyektivlik və qərəzsizlik tələb olunur, hazırkı xalq müdafiəçisi bu meyarları keçə bilmədi

İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsi sədrinin birinci müavini Aluda Ğuduşauri xalq müdafiəçisinin 2021-ci ilə olan fəaliyyəti ilə əlaqədar hesabatın dinlənildiyi parlamentin plenar iclasında “Gürcü Arzusu” nun hakimiyyəti dövründə Xalq Müdafiəçisi İnstitutunun gücləndirilməsi istiqamətində həyata keçirilən qanunvericilik dəyişikliklərindən danışıb.

“Məhz bizim iqtidarımızın dövründə Xalq Müdafiəçisi İnstitutu gücləndirilib. Biz ona bir sıra təsir vasitələri tanıdıq, məsələn: səlahiyyət müddətinin dəyişdirilməsi. Xalq müdafiəçisinə münasibətdə tənzimləmə həyata keçirilib, parlamentin tam tərkibinin çoxluğu əvəzinə, tam tərkibin ən azı 3/5-dən az olmayan səs çoxluğu təsis edilib. Xalq müdafiəçisinin toxunulmazlığının təmin edilməsi konstitusiya səviyyəsində müəyyən edilib. Belə ki, Konstitusiyanın 35-ci maddəsinə əsasən, Xalq müdafiəçisinin saxlanılması və ya həbs edilməsi, onun yaşayış yerində və ya iş yerində, avtomobilində və ya üzərində axtarış aparılması yalnız parlamentin razılığı ilə həyata keçirilə bilər. Konstitusiya səviyyəsində müəyyən edilib ki, xalq müdafiəçisinin Konstitusiya Məhkəməsində dava aparmaq , müvafiq orqanın səlahiyyətləri ilə bağlı iddia qaldırmaq hüququ var, onun əvvəllər bu hüququ olmayıb. Bu gün eşitdik ki, Xalq Müdafiəçisi Konstitusiya Məhkəməsində uğurla yazır, daha sonra Konstitusiya Məhkəməsinə iddialarla müraciət edir. Bəli, bu, demokratiyadır, bəli, biz hakim siyasi qüvvə kimi onun avanqardındayıq” -deyə Aluda Ğuduşauri bildirib.

Ğuduşauri hələ fəaliyyətdə olan xalq müdafiəçisinin xalqın deyil, konkret siyasi qüvvənin müdafiəçisinə çevrildiyini bildirib.

“Xalq müdafiəçisindən olduqca vacib bir şey tələb olunur, bu obyektivlik və qərəzsizlikdir. Hələ də fəaliyyətdə olan xalq müdafiəçisi bu kriteriyalardan keçə bilməyib. Təəssüf ki, son dövrlərdə o, konkret siyasi qüvvənin, “Milli Hərəkat”ın və onun liderlərinin müdafiəçisinə çevrilib. Biz ona xalq müdafiəçisi deyə bilmərik” – deyə Aluda Ğuduşauri bildirib.