Altı müxalif deputat “De-oliqarxizasiya haqqında” qanun layihəsinin ikinci oxunuşda əleyhinə səs verib
Altı müxalif deputat “De-oliqarxizasiya haqqında” qanun layihəsinin ikinci oxunuşda əleyhinə səs verib.
Səsvermə nəticəsində Armaz Axvlediani, Levan Bejaşvili, Ana Natsvilaşvili, Aleksandre Rakviaşvili, Şalva Şavqulidze və İaqo Xviçianın qanun layihəsinin əleyhinə səs verdikləri müəyyən edilib.
Levan Bejaşvili plenar iclasda səsvermə prosedurunun təxirə salınmasını tələb edib. Deputat qeyd edib ki, Avropa komissarı Oliver Varhei ölkəyə qanun layihəsinin Venesiya Komissiyasına göndərilməsini tövsiyə edib və Venesiya Komissiyasının qanun layihəsi ilə bağlı mövqeyi müəyyənləşənə qədər dəyişiklik qəbul edilməsə yaxşı olardı. Ana Natsvilişvili və Tako Çarkviani də oxşar mövqe bildiriblər.
İqtidar komandası müxalifətə cavab olaraq bildirib ki, Varheyin ofisi ilə əlaqə olacaq və Venesiya Komissiyasının Gürcüstanda hazırlanan düzəlişlərlə eyni olan Ukrayna modeli ilə bağlı mövqeyinin nə vaxt olacağı da aydınlaşdırılacaq.
Parlament çoxluğu qanun layihəsi üzrə səsverməni təxirə salmayıb və 76 deputat qanun layihəsini dəstəkləyib, 6 deputat isə əleyhinə səs verib.