Altı ayda beynəlxalq turizmdən əldə edilmiş gəlir 1,8 milyard dollar təşkil edib
Beynəlxalq turizmdən əldə edilmiş gəlir rekord səviyyəyə yüksəlib-bu barədə Milli Turizm Administrasiyası məlumat yayır.
Milli Turizm Administrasiyası tərəfindən yayılmış məlumatda bildirilir ki, 2023-cü ilin yanvar-iyun aylarının göstəricilərinə əsasən Gürcüstan beynəlxalq səyahətlərdən (turizmdən) 1 804 529 935 ABŞ dolları gəlir əldə edib, bu da 2019-cu ilin analoji göstəricisinin (+348 461 374 ABŞ dolları) 123,9% -lə bərpasıdır.
“2022-ci illə müqayisədə beynəlxalq səyahətlərdən əldə olunan gəlir +661 999 720 (+57,9%) ABŞ dolları artıb. Bu il, ikinci rübdə beynəlxalq səyahətdən əldə olunmuş gəlir 2019-cu ilin analoji göstəricisini aşıb və 1 009 112 957 ABŞ dolları təşkil edib, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 115%-lə bərpa deməkdir. 2022-ci ilin ikinci rübü ilə müqayisədə isə beynəlxalq səyahətlərdən əldə olunan gəlir +260 291 106 ABŞ dolları (+34,8%) artıb”- deyə yayılmış məlumatda deyilir.