“Alt İnfo”nun təşkilatçılığı ilə parlament binası qarşısında aksiya keçirilir
“Alt İnfo”nun təşkilatçılığı ilə parlament binası qarşısında aksiya keçirilir.
Aksiyanın təşkilatçılarından biri Zurab Maxaradzenin qeyd etdiyinə görə, onlar Sameba Katedralində Müqəddəs Matrona ikonası üzərinə boya tökənlərin cəzalandırılmasını tələb edirlər.
“Biz buraya partiya nişanına görə, kiminsə şəxsi maraqlarına görə yığışmamışıq. Bugün millət və rahiblər konkret tələblə buraya toplaşıblar, bu tələb ədalətdir. Bugün elə vəziyyətdəyik ki, 5 iyul oğlanları hələ də həbsdədir, bu binaya basqın edib polisləri yandıranlar isə çöldədir. Laşa Şaruxiya Avropa Birliyinin əsgisini yandıranda ona 6 il həbs cəzası verdilər və Nata Peradze müqəddəs ikona üzərinə boya çəkdi. Biz Ana Kilsəmizlə sərhədi keçən formalarda rəftar edənlərin hamısının cəzalandırılmasını tələb edirik. Çoxları deyir, belə çıxır ki, sülhə mane oluruq, əslində insanlar tək bir şey üçün, sülh üçün mübarizə aparırlar.
Nata Peradzeyə gəlincə, mən sizə mücərrəd şəkildə demirəm, bununla dövlət məşğul olacaq, ya da konkret olaraq biz məşğul olacağıq. Ya dövlət buna baxacaq, ya da başqa cür baxılacaq. Belə bir şeyə yol vermək olmaz”, – deyə Zurab Maxaradze bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev