Alpana-Saqeri yolunun km1-km33 hissəsində məhdudiyyət tədbiq olundu
Alpana-Saqeri yolunun km1-km33 hissəsində məhdudiyyət tədbiq olundu

Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, Alpana-Saqeri daxili dövlət əhəmiyyətli yolun km1-km22 hissəsində yedəkli, yarım-yedəkli avtonəqliyyat vasitəsinin və 30-dan artıq yeri olan avtobusun  hərəkəti qadağandır.

İdarənin məlumatına görə, məhdudiyyətə səbəb intensiv qar və buz oldu.

Bununla yanaşı, qeyd olunan hissədə başqa növ avtonəqliyyat vasitəsinin hərəkəti yalnız sürüşməyə qarşı zəncirlərdən istifadə ilə mümkündür.

Yüksək keçidli avtonəqliyyatın, iki və ya artıq körpüsü olan avtonəqliyyatın hərəkəti sərbəstdir.