Almatıda ötən gecə ərzində hüquqmühafizəçilər yüzə qədər insan yaxaladılar
Almatıda ötən gecə ərzində hüquqmühafizəçilər yüzə qədər insan yaxaladılar

Qazaxıstanın Almatı şəhərində ötən gecə ərzində hüquqmühafizəçilər yüzə qədər insan yaxaladılar. Ümumilikdə ölkə miqyası ilə qarmaqarşıqlıq və toqquşma nəticəsində hüquqmühafizəçilər 6 000 minə qədər insanı yaxalayıblar.

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, onların arasında xarici ölkə vətəndaşları da var. Həmçinin idarənin məlumatına görə, 400-dən çox avtomobil yandırılıb və ya zədələnib, talançılar 100-dən çox iri mağaza və banklara basqın ediblər. İlkin göstəricilərlə, vurulmuş ziyanın məbləği 212 milyon dollardan çoxdur.

Qazaxıstan hüquqmühafizə orqanlarının əməkdaşları küçələrdə patrul xidməti və şübhəli şəxslərin axtarışını davam etdirirlər. Eyni zamanda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının himayəsi ilə ölkədə dislokasiya olunmuş sülhməramlılar Nursultan və Almatıda yerləşdilər.

Yerli medianın məlumatına görə, şəhərin bəzi ərazilərində vaxtaşırı atışma səsləri eşidilir.

Vətəndaşlar isə, çörək, yemək və yanacaq üçün uzun növbələrə dururlar.