Almaniyanın “Xristian-Demokratik İttifaqı”nın lideri bəyan edir ki, hökumətə etimad səsverməsinə qədər siyasi məsələlərin müzakirəsi dayandırılmalıdır
epa11718424 Chairman of the Christian Democratic Union (CDU) party and faction Friedrich Merz looks on after the speech of German Chancellor Olaf Scholz (not in the picture) at the German Parliament Bundestag in Berlin, Germany, 13 November 2024. German Chancellor Scholz delivered a government statement on the current political situation. EPA/CLEMENS BILAN
Almaniya müxalifəti “Xristian-Demokratik İttifaqı”nın lideri Fridrix Merts bəyan edir ki, dekabrın 16-na kimi Bundestaq hökumətə etimad məsələsi ilə bağlı səsvermə keçirənə kimi siyasi məsələlərin müzakirəsi dayandırılmalıdır.
“Bizim bu koalisiyaya və ondan qalanlara heç bir inamımız yoxdur. Əvvəlcə etimad məsələsi qaldırılmalı, ona cavab verilməlidir və bundan sonra birgə həll yollarından danışmaq olar”. – Mertz bildirib.
Almaniyada növbədənkənar parlament seçkiləri fevralın 23-də keçirilməlidir. Bundan əvvəl, dekabrın 16-da Bundestaq hökumətə etimad məsələsi ilə bağlı səsvermə keçirməlidir.
Almaniya hökumətində böhran noyabrın 6-da kansler Olaf Şolzun Azad Demokratlar Partiyasının üzvü, maliyyə naziri Kristian Lindneri vəzifəsindən azad etmək qərarına gəlməsindən sonra başlayıb. Bu səbəbdən “Sosial Demokratlar”, “Yaşıllar” və “Azad Demokratlar”ın daxil olduğu hakim koalisiya faktiki olaraq dağıldı.