Almaniyanın səfiri - Avropa perspektivi böyük fürsətdir, yol olduqca aydındır, ilk addım 12 tövsiyəni yerinə yetirməkdir və biz bunu birlikdə edəcəyik
Almaniyanın səfiri - Avropa perspektivi böyük fürsətdir, yol olduqca aydındır, ilk addım 12 tövsiyəni yerinə yetirməkdir və biz bunu birlikdə edəcəyik

 

Almaniyanın Gürcüstandakı səfiri Piter Fişer Avropa perspektivinin Gürcüstan üçün böyük fürsət və yolun çox aydın olduğunu bildirib.

O , Avropa yolunda ilk addımın Avropa İttifaqının 12 tövsiyəsini yerinə yetirmək olduğunu bildirib.

“Avropa Şurası, Aİ ölkələrinin hökumətləri və dövlət başçıları Gürcüstanın Avropa perspektivinə malik olmasına qərar verdilər və bu, çox vacibdir, bu, həm Gürcüstan, həm də Avropa İttifaqı, o cümlədən Almaniya üçün böyük fürsətdir. Yol çox aydındır, bu yolun necə olduğunu hamı bilir. Birinci addım 12 tövsiyəni həyata keçirməkdir və biz bunu birlikdə edəcəyik, Gürcüstan üzərinə düşəni edəcək və biz isə Gürcüstana bu yolda irəliləməyə dəstək verəcəyik. Nə qədər birlikdə çalışsaq, nə qədər çox konkret addımlar atsaq, konkret layihələri birlikdə həyata keçirsək, hər ikimizin arzuladığı və səbirsizliklə gözlədiyi bu yolu bir o qədər yaxşı keçəcəyik. Bu Avropa yolunu dəstəkləmək üçün Gürcüstanda gürcü xalqı və Gürcüstan hökuməti ilə işləməkdən çox şadam”- deyə Piter Fişer bildirib.