Almaniyanın səfiri Abxaziyanın inzibati bölgü xətti yaxınlığında və Zuqdididə olub
Almaniyanın səfiri Abxaziyanın inzibati bölgü xətti yaxınlığında və Zuqdididə olub

 
Almaniyanın səfiri Peter Fişer Avropa İttifaqının Monitorinq Missiyasının (EUMM) nümayəndələri ilə birlikdə keçən həftə Abxaziyanın inzibati bölgü xətti yaxınlığında yerləşən iki keçiddə olub və orada mövcud vəziyyətlə bağlı məlumat alıb.

Bu barədə Almaniyanın Gürcüstandakı səfirliyi məlumat yayır.

Verilmiş məlumatda səfirin Zuqdididə Almaniyanın Xarici İşlər Nazirliyinin maliyyələşdirdiyi layihə çərçivəsində bir neçə aylıq peşə təhsili kursunu bitirmiş abxaziyalı səkkiz gənclə görüşdüyü və onlarla söhbət etdiyi deyilir.

Peter Fişer gənclərə sertifikatlar və gələcək fəaliyyətləri üçün alətlər verib. Layihənin məqsədi peşə təhsilini dəstəkləməyə və etimadın artırılmasına xidmət edir.