Almaniyanın sabiq Xarici İşlər Naziri bəyan edir ki, ABŞ Avropaya qaçqınlara görə milliardlar verməlidir
Tramp Avropadan hərbi xərcləri tələb edəndə, biz də ondan ABŞ-ın müvəffəqiyyətsiz hərbi intervensiyaları nəticəsində Avropaya dolan qaçqınlara görə milliardlar tələb etməliyik, – bu barədə bəyanatı Almaniyanın sabiq Xarici işlər Naziri, sosiyal-demokrat partiyasının lideri Ziqmar Qabriel verdi.
Bu barədə bəyanatı EUobserver yayır.
Spiegel nəşriyyatına verdiyi müsahibədə alman siyasətçisi bəyan etdi ki, Avropanın Donald Trampa ümidi olmamalıdır.
“Donald Tramp sadəcə gücdən anlayır. Onunla bağlı illyuziyalarımız olmamalıdır. Biz ona öz gücümüzü göstərməliyik” – dedi Qabriel.
“Tramp həm Şimali Koreyanın liderinə müəyyən qarantiyalar verir, həm də eyni zamanda, Almaniyada rejimin dəyişdirilməsini istəyir. Biz buna göz yuma bilmərik” – dedi sabiq Xarici İşlər Naziri.