Almaniyanın Lins şəhərində pala ilə silahlanmış kişi polis bölməsinə hücum etməyə cəhd edib
Almaniyanın Lins şəhərində pala ilə silahlanmış kişi polis bölməsinə hücum etməyə cəhd edib

Almaniyanın Lins şəhərində 29 yaşlı Albaniya vətəndaşı olan kişi, pala və bıçaqla polis idarəsinə daxil olub və polis işçisini öldürməklə təhdid edib.

Bu barədə “Spiegel” məlumat yayır.

Prokurorluğun məlumatına əsasən, xüsusi təyinatlılar şübhəli şəxsi bölmənin bağlı girişində saxlaya biliblər.

Yayılan məlumata görə, o, dəfələrlə “Allahu Əkbər” deyərək qışqırıb.
Polis İdarəsinin məlumatına görə, elektroşokerdən istifadə edilməsi nəticəsində, kişi yüngül xəsarətlər alıb.

Polis əməkdaşları xəsarət almayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları kişinin mənzilinə baxış keçirdiklləri zaman “İslam Dövləti”nin bayrağını aşkar ediblər.

Son zamanlar Almaniyada soyuq silahla hücumun sayı artıb və cavab olaraq Almaniya hakimiyyəti soyuq silah gəzdirməyin sərtləşdirilməsi imkanlarını nəzərdən keçirir.