Almaniyanın konstitusiya məhkəməsi evtanaziyayı məqbul hesab etdi.
Federal konstitusiya məhkəməsi müəyyən etdi ki, evtanaziyanın qadağan edilməsi insanın şəxsi azadlığını pozur və müvafiq olaraq da, Almaniya konstitusiyasına ziddir.
Almaniyanın Ali Məhkəmə instansiyasının sədri Andreas Fozkule bəyan etdi ki, öz istəyi ilə ölüm insanın şəxsi qərarıdır və bu da suiqəsdi və üçüncü tərəfin köməyi ilə ölümü də əhatə edir.
Qeyd edilməlidir ki, məhkəmə verdikti demək deyil ki, qanunvericilər evtanaziyanın həyata keçirilməsinə şərait yaradan təşkilatların fəaliyyətinə nəzarət edə bilməyəcək.
2015-ci ilin noyabr ayında, Almaniya Bundestaqı komersiyal əsasla evtanaziyayı həyata keçirilən təşkilatları qeyri-qanuni elan etdi.
Qeyd olunan qadağanın pozulması üç ilə qədər azadlıqdan məhrum edilməyi nəzərdə tutur.
Məhkəmə qərarını tibb işçilərinin bir hissəsi və ağır xəstəliyi olan vətəndaşlar etiraz edirlər.