Almaniyanın xarici işlər naziri Nyu-Yorkda Sergey Lavrovla görüşüb
Almaniyanın xarici işlər naziri Yohan Vadepul Nyu-Yorkda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.
Medianın məlumatına görə, görüş təxminən 15 dəqiqə davam edib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova görüşün baş tutduğunu təsdiqləyib və təşəbbüsün Almaniya tərəfindən gəldiyini qeyd edib.
Məlumat üçün bildirək ki, bu, 2022-ci ildən bəri Almaniya və Rusiya xarici işlər nazirlərinin ilk görüşüdür. Sentyabrın 23-də Nyu-Yorkda Lavrov ABŞ-nin dövlət katibi Marko Rubio ilə də görüşüb.